Şəkildəki gəncin adı Mozesdir. O, 7000km yol qət edərək İngiltərəyə gəlib. Həyatında ilk dəfə olaraq fanatı olduğu Mançester Yunaytedin oyununa baxacaqdı. Lakin, oyun vaxtının dəyişməsi Mozesin bütün arzularını puça çıxarmışdı və bundan xəbər tutan gənc sadəcə yerdə oturaraq hönkür-hönkür ağlamağa başladı. Çünki bazar ertəsinə artıq geri dönüş biletini almışdı. Bunu görən "Manchester United Supporters' Trust" fanat qrupu Mozesin bu halına biganə qala bilməyib Afrikadan gələn gəncə kömək etmək qərarına gəldilər.
Beləliklə Mozes növbəti həftənin sonuna kimi İngiltərədə qalmaq imkanı əldə etdi və bu da o deməkdir ki, o nəinki Bornmutla oyuna həm də İngiltərə kubokunun finalına da baxa biləcək.
Comments
Post a Comment