Detroitdə Ağlarla Zənciləri Ayırmaq Üçün Tikilmiş Divar.

   ABŞ-ın Detroit şəhərində bu günə kimi hələ də duran və qaraları ağlardan ayırmaq üçün tikilmiş "Detroit Eight Mile Wall" adlı Detroit Divarı var.
   Detroit şəhərinin 1930 və 1940-cıillərdə sürətlə inkişafı buraya gələn yerlilərin və immiqrantların sayını da artırdı. İnkişaf edən şəhərdə ev məsələsini həll etməyə çalışan Federal Mənzil Tikintisi Administrasiyası yeni mənzilləri tikməyə başladı. Sürətlə böyüyən şəhər artıq daha da böyüyərək "Vayoming Avenyu" ilə "8 Mile" kəsişməsinə qədər çatmışdı. Həmin ərazi isə qara dərililərin daha çox yaşadığı yer kimi tanınırdı. Mənzil tikintisi ilə məşğul olan administrasiya isə tikdikləri evlərin dəyərdən düşməsinin qarşısını almaq üçün qaralarla ağlar arasında sərhəd yaradan "Detroit Eight Mile Wall" adlanan divar tikmişdilər. Berlin divarı da adlanan həmin divarın bu günə kimi 800 metr uzunluğunda 30 santimtr enində və 1.8 metr hündürlüyündə olan hissəsi hələ də qalır. Divar əvvəlki əhəmiyyətini itirsə də yaxın keçmişdəki tarixi xatırladır .  

Comments