Ən Sürətli Təyyarə və ya Nyu-Yorkdan Londona 1 Saat 54 Dəqiqəlik Uçuş

  "Lockheed SR-71 "Blackbird" ABŞ-ın uzaq mənzilli kəşfiyyat təyyarəsi hesab edilir. Bu təyyarə öz sürət rekordu ilə yaddaşlarda qalıb. Belə ki, təyyarə bir dəfə Los-Ancelesdən Vaşingtona cəmi 64 dəqiqəyə uçmuşdu. Bu da təxminən saatda 3452 kilometrə bərabər olan sürətlə uçuş demək idi. Misal olaraq deyək ki, Boeing 787 təyyarəsinin sürəti 954 km-ə bərabərdir. "SR-71"-in daha bir rekordu isə Nyu-Yorkdan Londona olan uçuşdur. Təyyarə 1974-cü il 1 Sentyabr tarixində 5570.79 km məsafəni 1 saat 54 dəqiqə 56.4 saniyəyə qət etmişdi. Bu da saatda 2908.027 kilometr sürətə bərabər idi .

Comments