Qalapaqos tısbağası həqiqətən də kəşf edilməsindən sonra 300 il ərzində elmi adını ala bilməmişdi. Səbəb isə qəribə də olsa maraqlıdır. Belə ki, Qalapaqos adasında tapılan bu tısbağalar bir neçə dəfə gəmi ilə Avropaya aparılmaq üçün götütülsə də onların hamısı gəmiçilər tərəfindən yolda yeyilmişdi. O zamanlar tısbağaların əti ən dadlı ətlərdən hesab edilirdi. Hətta Çarlz Darvinin üzdüyü gəmidə olan tısbağalar da Avropaya çatmamışdı. Buna görə də Qalapaqos Tısbağaları yalnız 300 il sonra öz elmi adlarını ala bilmişdilər. Elmi adları isə Chelonoidis nigra-dır .
Comments
Post a Comment