Hansı Ölkənin Vizasının Sutkası 250$-dır?

Unikal mədəniyyətini və həyat tərzini qorumaq üçün Butan hakimiyyəti ölkədə turzimin inkişafına qarşı çıxan siyasətlə iştirak edir. Belə ki, turizmin kütləvi hal almasının qarşısını almaq üçün Hindistan, Banqladeş və Maldivlər istisna olmaqla turistik dövrdə vizanın qiyməti sutkalıq 250$, qeyri turistik dövrdə isə 200$ kimi təyin edilib. Lakin eyni zamanda bu qiymətə tur operatorlar, qalma yeri, yemək və bələdçi də daxildir. Bələdçidən imtina etmək isə mümkün deyil. Ölkədə maksimum qalma müddəti isə 15 sutkadır. 

Comments