Riyaziyyatda ən geniş istifadə olunan riyazi alətlərdən biri də riyazi analizdir. Lakin riyazi analizin kəşf edilməsi heç də asan başa gəlməyib və üstəlik də maraqli bir tarixi hadisə ilə yadda qalıb. Belə ki, bunun üzərində işləyən İsaak Nyuton riyazi analizi kəşf edərək adını ‘fluxions’ qoysa da onu gizlində saxlayıb və təkmilləşdirirdi. Ondan təxminən 10 il sonra isə Nyutonun kəşfindən xəbərsiz olan Qotfrid Leybnis riyazi analizi kəşf edərək ictimaiyyətə açıq elan etmişdi. Bundan xəbər tutan Nyuton isə ona qarşı xeyli piyar aparsa da Leybnisin riyazi analizinin adı ‘fluxions’-a dəyişdirilmədi və kəşf hər iki alimin adı ilə bu günə kimi qəbul edilir.
Maraqlı Paylaşım
ReplyDelete