Buna soyuğa cavab reaksiyası deyilir. Qəfil soyuq suya düşəndə insan dərisində olan reseptorlar qəfil oyanaraq insandan qeyri ixtiyari təngnəfəslik yaradır. Bir dəqiqə sonra isə insanın ehtiyac duyduğundan daha çox bədənə oksigen ötürən tez-tez nəfəs almadan hiperventilasiya yaranır. İnsan soyuq suya düşdüyü zaman soyuğa cavab reaksiyası insanı soyuqdan donmadan daha tez batıracaq. Səbəb isə ilk öncə suya düşən kimi təngnəfəslik səbəbindən ağ ciyərlərə su dolmasıdır. Ikinci səbəb isə heperventilasiya hissi suda üzməyi qeyri-mümkün edir .
Comments
Post a Comment