İnsanların sarışın olmasının səbəbi onların yaşadığı mühitdən asılıdır. Məhz bu mühitə görə də Avropada və xüsusən də Şimali Avropada sarışınlara digər regionlardan daha çox rast gəlinir. Buna səbəb isə günəş şüalarının azlığıdır. Lakin bu onlarının dərilərinin daha az yanması səbəbindən yaranmayıb. Əsas səbəb ondadır ki, açıq rəngli dəri və saçlar daha az günəş şüaları ilə daha çox D vitamini sintez etməyə imkan verir.
Eskimosların ən Şimalda yaşayıb saçlarının qara olmasının səbəbi isə yedikləri bol D vitaminli qidadan və buzlaşmış ərazidə günəş şüalarının həm yuxarıdan həm də buzlu örtükdən əks olunaraq ikiqat şüalanma verməsinə görədir.
Comments
Post a Comment