Bütün qoxular uçucu maddələrin bizim iy bilmə reseptorlarımızın qəbulu ilə hiss edilir. Kəsilmiş otda da eyni hadisə baş verir. Otlar kəsildiyi zaman onlarda aldeqidlər, spirtlər və geksan efir yağları ayrılır. Ümumilikdə isə bunun adına “yaşıl yarpaqların uçucu maddələri” deyilir. Alimlər bunu əldə etmənin üsulunu hələ uzun zaman əvvəl öyrəniblər və ətirlərin yaradılmasında bundan geniş istifadə edilir. Bütün bunlardan əlavə havaya kəsildiyi zaman yarpaqlardan metanol, etanol və digər birləşmələr ayrılır.
Bu qoxunun və uçucu maddələrin ayrılmasının səbəbi bitkilərin özünü qoruma mexanizmidir. Belə ki bu qoxu ilə onlar həşərat və tırtıllardan özlərini qoruyurlar.
Suala cavab tapdıq. Gedib ot kəsə bilərik. :)
ReplyDeleteMəndə beş dəfə səhifəni yeniləyirəm:deyirəm bəlkə internet zəifdi deyə yazılar gəlmir ))
ReplyDelete