Çox az sayda it cinsinə rast gələ bilərik ki, insan adı ilə eyni olsun. Doberman cinsi isə məhz həmin az saylı it cinslərindən biridir ki, o cinsi yaradanın adını daşıyır. Həmin cinsi ilk dəfə yetişdirən isə Fridrix Luis Doberman olub. Cinsin yaranma səbəbi isə bir qədər məzəli və maraqlıdır.
Fridrix Luis Dobermanın əsil peşəsi vergi və kirayə haqqlarını yığmaqdan ibarət idi və o zamanlar bu peşə təhlükəli hesab edildiyi üçün, Doberman özünü qorumaq üçün xüsusi it cinsini yaratmağı qərara almışdı. Ona əsas lazım olan hündür boylu, qısa tüklü, atəş səsindən qorxmayan və ağıllı it yaratmaq idi və nəticədə də istədiyi cins üçün seleksiyanı tapa bilmişdi. İtin qorxusuz olması və sadiqliyi onun sürətlə məşhurlaşmasına səbəb olmuşdu. Dobermanın ilk seleksiyası haqqında isə heç bir yazı qalmayıb. İlk əvvəl itə Türinq Pinçeri adı qoyulsa da, Fridrix Luis Dobermanın ölümündən sonra bu cins it Doberman adlandırılmağa başlandı.
Comments
Post a Comment